​İranın aparıcı futbol klubunun kapitanı vəfat edib

​İranın aparıcı futbol klubunun kapitanı vəfat edib 30 yaşlı futbolçu gecə saatlarında yatağında ürək tutması keçirib
Futbol
1 Oktyabr , 2015 13:27
​İranın aparıcı futbol klubunun kapitanı vəfat edib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Futbol üzrə İranın Yüksək Liqasının "Perspolis" klubunun kapitanı Hadi Noruzi gecə saatlarında ürək tutmasından vəfat edib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Xəbərə görə, 30 yaşlı futbolçu gecə saatlarında yatağında ürək tutması keçirib. Onu xəstəxanaya aparıblar. Həkimlərin səylərinə baxmayaraq, futbolçunu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Yüksək liqanın 7-ci turundan sonra "Perspolis" klubu 7 xalla 11-ci yerdədir.

Təbrizin "Traktor" komandası isə o qədər xalla turnir cədvəlində 10-cu yerdədir. 

Son xəbərlər

Orphus sistemi