​İbrahimoviç növbəti on gündə "Mançester Yunayted"lə müqavilə imzalayacaq

​İbrahimoviç növbəti on gündə "Mançester Yunayted"lə müqavilə imzalayacaq İsveçli forvard ilə müqavilənin iyunun 13-dək bağlanması nəzərdə tutulub
Futbol
4 İyun , 2016 02:40
​İbrahimoviç növbəti on gündə Mançester Yunaytedlə müqavilə imzalayacaq

Bakı. 4 iyun. REPORT.AZ/ İsveçli hücumçu Zlatan İbrahimoviç İngiltərənin "Mançester Yunayted" klubu ilə Fransada keçiriləcək Avropa çempionatı – 2016-nın başlanmasınadək müqavilə imzalayacaq.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, forvard ilə müqavilənin iyunun 13-dək imzalanması nəzərdə tutulub.

Həmin gün İsveç yığması Avropa çempionatında İrlandiya komandası ilə ilk oyununu keçirəcək.

İbrahimoviç bundan öncə cari mövsümün sonunda Fransanın PSJ klubunu tərk edəcəyini demişdi.

Son xəbərlər

Orphus sistemi