​Hollandiya məhkəməsi hakimi öldürən 5 futbolçuya hökm oxuyub

​Hollandiya məhkəməsi hakimi öldürən 5 futbolçuya hökm oxuyub Bir futbolçu 5 il müddətinə yarışlardan diskvalifikasiya olunub
Futbol
27 Oktyabr , 2015 18:53
​Hollandiya məhkəməsi hakimi öldürən 5 futbolçuya hökm oxuyub

Bakı. 27 oktyabr. REPORT.AZ/ Hollandiya məhkəməsi futbol hakimi Riçard Neyşxayzenanı döyərək öldürən futbolçulara hökm oxuyub. "Report"un məlumatına görə, bir futbolçu yarışlardan 5 il müddətinə diskvalifikasiya olunub.

Hadisədə iştirak edən 4 futbolçunun isə Hollandiya Futbol Federasiyasının bayrağı altında keçirilən yarışlarda iştirakına ömürlük qadağa qoyulub.

5 futbolçunun hamısının qərarla bağlı apellyasiya şikayəti vermək hüquqlarının olduğu bildirilib.

Qeyd edək ki, hadisə 2012-ci ilin dekabrında baş verib. 15-16 yaşadək futbolçulardan ibarət həvəskarlar liqasında 5 futbolçu matçın baş hakimini döyüb. Referi hadisədən bir gün sonra ölüb. İdmançılar isə yeniyetmələrin cəzaçəkmə mərkəzində 2 il müddətinə müxtəlif islah işlərinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi