Bakı. 31 mart. REPORT.AZ/ Futbol üzrə Argentina çempionatının VII turunda "Santa Fe" və "Veles Sarsfild" komandaları arasında keçirilmiş matçdan sonra meydan sahiblərinin bir azarkeşi güllələnib. "Report"un məlumatına görə, hadisə oyun başa çatdıqdan sonra iki komanda fanatları arasında toqquşma zamanı baş verib.
Güllələnən "Santa Fe"nin 32 yaşlı azarkeşi olub. O, xəstəxanada ölüb. Bundan başqa daha 2 azarkeş yaralandığı üçün hospitallaşdırılıb.
Qeyd edək ki, "Santa Fe" - "Veles Sarsfild" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.