​FİFA prezidenti: Biz KİV-in nökərinə çevrilirik

​FİFA prezidenti: Biz KİV-in nökərinə çevrilirik "Bu gün jurnalistlər qərarlar qəbul olunmamışdan qabaq onlar barədə yazmağa macal tapırlar"
Futbol
8 Fevral , 2015 17:25
​FİFA prezidenti: Biz KİV-in nökərinə çevrilirik

Bakı. 8 fevral. REPORT.AZ/ FİFA prezidenti Yozef Blatter kütləvi informasiya vasitələrini Afrika Millətlər Kubokundakı hadisələri yayımlama üsullarına görə tənqid edib.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb.

"Heç kim yaxşı şeylər barədə yazmaq istəmir, hər kəs pisdən yazır. Hamı mənfi şeyləri müzakirə edir. Mən Afrika Kubokunun KİV-in yazdığı o "qara" tərəflərini görmürəm. Mətbuat yalnız ehtimal edə və proqnoz verə bilər.

Əvvəllər hökumət qərarı qəbul edərdi, KİV də onun barəsində məlumat verərdi. İndi isə jurnalistlər qərarlar qəbul olunmamışdan onlar barədə yazmağa macal tapırlar. Biz getdikcə əvvəlcədən fikir formalaşdıran mətbuatın köləsinə çevrilirik", - deyə Blatter bildirib.

Son xəbərlər

Orphus sistemi