​FİFA-nın növbədənkənar konqresinin keçiriləcəyi vaxt açıqlanıb

​FİFA-nın növbədənkənar konqresinin keçiriləcəyi vaxt açıqlanıb Konqress 2015-ci ilin dekabrından 2016-cı ilin mart ayınadək olan dövr ərzində keçiriləcək
Futbol
2 İyun , 2015 22:36
​FİFA-nın növbədənkənar konqresinin keçiriləcəyi vaxt açıqlanıb

Bakı. 02 İyun. REPORT.AZ/ FİFA-nın quruma yenidən prezident seçiləcəyi növbədənkənar konqresi 2015-ci ilin dekabr ayından 2016-cı ilin martınadək olan dövr ərzində keçiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ali futbol qurumunun seçkilər üzrə xüsusi komissiyasının sədri Domeniko Skala məlumat verib.

Çərşənbə axşamı Sürixdə keçirilən xüsusi mətbuat konfransında Yozef Blatter növbəti beş il müddətinə yenidən seçildikdən dörd gün sonra FİFA-nın prezidenti postundan gedəcəyini bəyan edib.

Blatter FİFA-ya 1998-ci ildən rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi