​"Fənərbağça" Moskvaya xüsusi reyslə gedə bilməyəcək

​"Fənərbağça" Moskvaya xüsusi reyslə gedə bilməyəcək Komanda səfərə adi reyslə yollanacaq
Futbol
17 Dekabr , 2015 13:42
​Fənərbağça Moskvaya xüsusi reyslə gedə bilməyəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının 1/16 mərhələsində Rusiyanın "Lokomotiv" klubu ilə qarşılaşacaq Türkiyə "Fənərbağça"sı cavab görüşünə yollanmaq üçün icazə ala bilib. "Report"un məlumatına görə, səfərə yollanmaq mümkün olsa da, kluba özəl təyyarə ilə Moskvaya getmək qadağan olunub.

Rusiya və Türkiyə arasında yaşanan siyasi gərginlik səbəbindən İstanbul təmsilçisi Moskvaya yalnız adi reyslə gedə biləcək. Lakin "sarı-lacivərdlilər" bunun da yolunu tapıb. Səfər gününə qədər xüsusi reys icazəsi verilməsə, klub rəhbərliyi mütəmadi reysdə olan gediş-gəliş biletlərinin hamısını almağı düşünür.

Qeyd edək ki, "Fənərbağça" və "Lokomotiv" arasındakı ilk görüş fevralıln 16-da İstanbulda, cavab matçı isə fevralın 25-də Moskvada olacaq.

Son xəbərlər

Orphus sistemi