"Dnepr"in baş məşqçisi: "Qarabağ"ın məqsədi qələbə olacaq, bizim də başqa yolumuz yoxdur"

"Dnepr"in baş məşqçisi: "Qarabağ"ın məqsədi qələbə olacaq, bizim də başqa yolumuz yoxdur" Miron Markeviç: "Hələ Avropa Liqasında heç nə itirilməyib"
Futbol
5 Noyabr , 2014 12:28

Bakı. 5 noyabr. REPORT.AZ/ ""Qarabağ" kifayət qədər yaxşı komandadır. İndi isə evdə oynayacaq. Yəqin ki, məqsədləri qələbə olacaq. Amma bizim də başqa yolumuz yoxdur. Fikrimcə, kifayət qədər gərgin oyun olacaq". "Report"un məlumatına görə, bunu Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycanın "Qarabağ" komandası ilə keçirəcəkləri oyunla bağlı deyib.

Markeviç bildirib ki, komandası indiyədək Avroliqada lazımi səviyyədə özünü göstərə bilməyib: "Bu dəfə isə "Dnepr" öz oyununu sərgiləməlidir. Bu, vacibdir. Liderlərimiz də bacardıqları kimi oynamalıdırlar".

Baş məşqçi Ukrayna çempionatının ötən turunda Kiyev "Dinamo"suna 0:3 hesablı ev məğlubiyyətindən təsirləndiklərini  etiraf etsə də, bu nəticəni unudaraq, irəli baxmalarının gərəkliyini vurğulayıb: "Hələ çempionatda və Avroliqada heç nə itirilməyib. Sadəcə, ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirməliyik".

Qeyd edək ki, "Qarabağ" və "Dnepr" komandaları arasında noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq. Bu komandalar arasında 2 həftə öncə Kiyevdə baş tutmuş qarşılaşmada "Qarabağ" qalib gəlib - 1:0. 

Son xəbərlər

Orphus sistemi