"Die Welt": FİFA-nın baş katibinin keçmiş müavini 5 milyon İsveçrə frankı məbləğində vəsaiti mənimsəyib

"Die Welt": FİFA-nın baş katibinin keçmiş müavini 5 milyon İsveçrə frankı məbləğində vəsaiti mənimsəyib Məhz elə DÇ-2010 və DÇ-2014 üçün ayrılmış vəsaitlərin mənimsənilməsi onun vəzifəsindən azad edilməsinə səbəb olub
Futbol
26 May , 2016 14:00
Die Welt: FİFA-nın baş katibinin keçmiş müavini 5 milyon İsveçrə frankı məbləğində vəsaiti mənimsəyib

Bakı. 26 may. REPORT.AZ/ Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) baş katibinin keçmiş müavini Markus Kattner vəzifəsindən süi istifadə edərək 2010 və 2014-cü illərdə keçirilmiş Dünya Çempionatları üçün ayrılmış vəsaitlərin bir hissəsini mənimsəyib.

"Report" "Die Welt"ə istinadən xəbər verir ki, o, mundiallar üçün nəzərdə tutulmuş məbləğdən 5 milyon İsveçrə frankı məbləğində vəsaiti mənimsəyib.

Məhz elə DÇ-2010 və DÇ-2014 üçün ayrılmış vəsaitlərin mənimsənilməsi onun vəzifəsindən azad edilməsinə səbəb olub.

Daha əvvəl FİFA-nın daxili araşdırması nəticəsində M.Kattnerin öz vəzifəsindən təşkilatın maraqları naminə hərəkət etmədiyi aşkarlandığı xəbər verilmişdi. Belə ki, almaniyalı funksionerin özünə 5 milyon İsveçrə frankı məbləğində mükafat yazdığı müəyyənləşib. FIFA-da araşdırma ilə məşğul olan qrup isə bu məbləğin əsassız və çox yüksək olduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi