"Çelsi" "Mançester Yunayted"i darmadağın edib - VİDEO

"Çelsi" "Mançester Yunayted"i darmadağın edib - VİDEO Görüş "zadəganlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb
Futbol
23 Oktyabr , 2016 21:30
Çelsi Mançester Yunaytedi darmadağın edib - VİDEO

Bakı. 23 oktyabr. REPORT.AZ/ Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə çempionatı çərçivəsində keçirdiyi ev oyununda "Mançester Yunayted" üzərində böyükhesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, görüş "zadəganlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda Pedro Rodriqes (1-ci dəqiqə), Qari Kehill (21), Eden Azar (62) və N'Qolo Kante (70) fərqlənib. Sonuncu, "Çelsi"nin heyətində ilk qolunu vurub.

Bu, londonlular üçün cari çempionatda ardıcıl üçüncü qələbə olub. Onlar Premyer Liqada "Mançester Yunayted"ə ardarda 8 oyundur ki, məğlub olmurlar (4 qələbə, 4 heç-heçə).

Hazırda "Çelsi" turnir cədvəlində 19 xal ilə 4-cü, "Mançester Yunayted" isə 14 xalla 7-ci yerdə qərarlaşıb.

"Zadəganlar" oktyabrın 30-da keçiriləcək növbəti turda səfərdə "Sautqempton"un qonağı olacaqlar, "Mançester Yunayted" isə bir gün əvvəl öz meydanında "Bernli"ni qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi