Bakı. 25 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"la oyundan sonra medianın diqqət mərkəzində olub.
"Report"un məlumatına görə, 14 aydan sonra yaşıl meydana qayıdan təcrübəli futbolçuya jurnalistlər müsahibə almaqla bağlı müraciət etsələr də, o, danışmaq istəməyib və buna görə üzrxahlığını bilidirib.
Əvəzində Cavid fanatları diqqətdən kənarda qoymayıb. Belə ki, Hüseynov "Qəbələ"nin avtobusunun yanında bir qrup azarkeşlə şəkil çəkdirib.
Qeyd edək ki, C.Hüseynov ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilmişdi. O, mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən C.Hüseynov oktyabrın 12-də məhkəmə zalından azadlığa buraxılıb.