​"Beşiktaş"ın yeni baş məşqçisinin adı açıqlanıb

​"Beşiktaş"ın yeni baş məşqçisinin adı açıqlanıb Şenol Günəşlə iki illik müqavilə imzalanacaq
Futbol
11 İyun , 2015 12:22
​Beşiktaşın yeni baş məşqçisinin adı açıqlanıb

Bakı. 11 iyun. REPORT.AZ/ Türkiyənin tanınmış futbol mütəxəssisi Şenol Günəş "Beşiktaş" futbol klubunun baş məqçisi təyin olunub. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, təcrübəli məşqçi ilə iki illik müqavilə imzalanacaq.

Məlumatda bildirilib ki, klub rəhbərliyi ilə Şenol Günəş arasında keçirilən 7 saatlıq danışıqdan sonra tərəflər razılıq əldə ediblər.

Qeyd edək ki, "Beşiktaş"ın keçmiş baş məşqçisi Slaven Bilic ölkə çempionatı başa çatandan sonra tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi