Silvio ​Berluskoni "Milan"ı satdığını təsdiqləyib

Silvio ​Berluskoni "Milan"ı satdığını təsdiqləyib Silvio Berluskoni: "Onlar klubu İtaliyada deyil, Avropa və dünyada birinci edəcəklər"
Futbol
5 İyul , 2016 15:49
Silvio ​Berluskoni Milanı satdığını təsdiqləyib

Bakı. 5 iyul. REPORT.AZ/ "Mən "Milan"ı satmışam və yaxın iki ildə yeni sahiblərin transfer üçün 400 milyon avro xərcləməsini istəyirəm".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri, "Milan" futbol klubunun prezidenti Silvio Berluskoni bildirib.

O, klubu Çindən olan iş adamına satdığını təsdiqləyib.

"Onlar çox ciddi təşkilatdır. Mən "Milan"ı elə qrupa satmışam ki, onlar klubu İtaliyada deyil, Avropa və dünyada birinci edəcəklər", - deyə keçmiş baş nazir vurğulayıb.

Bir müddət əvvəl Berluskoninin klubun səhmlərinin 80 faizini çinli sərmayəçilərə satdığı haqqında xəbər yayılmışdı. Məlumata əsasən, klubun borcu ilə birlikdə sövdələşmə 700 milyon avrodan baha başa gəlib.

Xatırladaq ki, S.Berluskoni 1986-cı ildən "Milan"ın prezidentdir. Klub sonucu dəfə 2010/2011-ci il mövsümündə İtaliya çempionu olub.  

Son xəbərlər

Orphus sistemi