​"Bavariya" klubu portuqaliyalı futbolçu transfer edib

​"Bavariya" klubu portuqaliyalı futbolçu transfer edib Münhen klubu Mats Hummelslə də anlaşıb
Futbol
10 May , 2016 14:45
​Bavariya klubu portuqaliyalı futbolçu transfer edib

Bakı. 10 may. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu ilk rəsmi transferini həyata keçirib. "Report"un klubun saytına istinadən məlumatına görə, Münhen təmsilçisi Portuqaliyanın "Benfika" klubunda çıxış edən Renatu Sançesi heyətinə cəlb edib.

18 yaşlı yarımmüdafiəçi 5 illik müqaviləyə imza atıb. Sançesin keçidi üçün "Bavariya" 35 milyon avro ödəyəcək.

Bundan başqa, Münhen təmsilçisi Dortmund "Borussiya"sında forma geyinən Mats Hummelslə də razılığa gəlib. 27 yaşlı müdafiəçi tezliklə müayinədən keçəcək. Bundan sonra tərəflər 5 illik müqaviləyə qol çəkəcəklər.

Son xəbərlər

Orphus sistemi