​"Barselona" Arda Turanla 5 illik müqavilə imzalayıb

​"Barselona" Arda Turanla 5 illik müqavilə imzalayıb Sövdələşmənin dəyəri 34 milyon avro təşkil edib
Futbol
7 İyul , 2015 00:40
​Barselona Arda Turanla 5 illik müqavilə imzalayıb

Bakı. 7 İyul. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu Türkiyə milli komandasının futbolçusu Arda Turanı heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib.

Sövdələşmənin dəyəri 34 milyon avro təşkil edib.

Eyni zamanda futbolçunun meneceri Əhməd Bulud Kataloniya klubunun "Atletiko"nun (Madrid) yarımmüdafiəçisi ilə 5 il müddətinə müqavilə imzaladığını bildirib.

"Arda Turan artıq rəsmən "Barselona"dadır. Hazırda çox həyəcanlıyam, hisslərimi ifadə edə bilmirəm. Arda dünyanın ən böyük klubuna transfer oldu", - deyə o söyləyib.

Son xəbərlər

Orphus sistemi