Bakının "İnter" klubu barədə kitabın təqdimatı keçirilib

Bakının "İnter" klubu barədə kitabın təqdimatı keçirilib Əsərin müəllifi klubun mətbuat katibi Səbuhi Məmmədov və Aleksey Barvinskidir
Futbol
16 Dekabr , 2014 17:52
Bakının İnter klubu barədə kitabın təqdimatı keçirilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün "İnter Arena"da "İnter" ilk 10 ilin izi ilə" kitabının təqdimatı keçirilib. "Report"un məlumatına görə, mərasimdə "İnter" klubunun prezidenti Georgi Nikolov, klub rəsmiləri və KİV nümayəndələri iştirak edib.

"İnter"in 10 illik yubileyinə həsr olunmuş kitabda klubun tarixindən, uğurlarından bəhs edilib. Bundan əlavə kitabda klubun fəxri prezidenti Cahangir Hacıyev və prezident Georgi Nikolovun maraqlı müsahibələri yer alıb. Əsərin müəllifi klubun mətbuat katibi Səbuhi Məmmədov və Aleksey Barvinskidir. S.Məmmədov kitabın 8 aya ərsəyə gəldiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi