Bakı. 29 mart. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.
"Report"un məlumatına görə, Almaniya millisi Hollandiyaya 1:0 hesabı ilə qalib gələrək, 4-cü qrupu 7 xalla birinci pillədə başa vurub.
Bundestim mayın 5-də start götürəcək çempionatın 9-cu iştirakçısı olacaq. Daha öncə təşkilatçı Azərbaycan millisi, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina da bu hüquqa yiyələnib. Ümumilikdə yarışa 16 ölkə qatılacaq.
Avropa çempionatı mayın 21-dək davam edəcək.