"Bakı" klubunun daha 6 xalı silinib

"Bakı" klubunun daha 6 xalı silinib FİFA AFFA-ya məktub ünvanlayıb
Futbol
19 Aprel , 2016 11:55
Bakı klubunun daha 6 xalı silinib

Bakı. 19 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən "Bakı" klubunun daha 6 xalı silinib. "Report"un məlumatına görə, bu barədə FIFA aprelin 11-də AFFA-ya məktub ünvanlayıb. 

Məktubda FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyi vurğulanıb. “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəbindən klubun cari mövsüm aktivliyindən 6 xal silinməsi tələb edilib.

AFFA İntizam Komitəsi isə "Bakı"nın cari mövsüm aktivindən 6 xal silib. Bununla da paytaxtın eyniadlı təmsilçisi 8 xalla 14 komanda arasında sonuncu pilləyə enib. Beləliklə, bu mövsüm ümumilikdə klubun hesabından 15 xal silinib. 

Son xəbərlər

Orphus sistemi