Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə yeni təyinat verilib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ə.Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununu idarə edəcək.
O, 8-ci qrupda keçiriləcək Belarus-Hollandiya matçında iş başında olacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qarşılaşma sentyabrın 2-də baş tutacaq.