Azərbaycanlı FİFA referisinə yeni təyinat verilib

Azərbaycanlı FİFA referisinə yeni təyinat verilib Əliyar Ağayev Belarus-Hollandiya matçını idarə edəcək
Futbol
30 Avqust , 2016 17:24
Azərbaycanlı FİFA referisinə yeni təyinat verilib

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə yeni təyinat verilib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ə.Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununu idarə edəcək.

O, 8-ci qrupda keçiriləcək Belarus-Hollandiya matçında iş başında olacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qarşılaşma sentyabrın 2-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi