​Azərbaycanla qarşılaşacaq Malta millisi Gürcüstana məğlub olub

​Azərbaycanla qarşılaşacaq Malta millisi Gürcüstana məğlub olub Görüş gürcülərin 2:0 üstünlüyü ilə başa çatıb
Futbol
25 Mart , 2015 23:30
​Azərbaycanla qarşılaşacaq Malta millisi Gürcüstana məğlub olub

Bakı. 25 mart. REPORT.AZ/ Martın 28-də Bakıda futbol üzrə Avropa çempionatı - 2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanın qonağı olacaq Malta millisi Gürcüstanla yoldaşlıq oyunu keçirib.

"Report" xəbər verir ki, çərşənbə günü keçirilən oyun 2:0 hesabı ilə Gürcüstan futbolçularının xeyrinə başa çatıb.

Qalib komandanın heyətində Caba Kankava və Valeri Kazaişvili fərqlənib.

Qeyd edək ki, Gürcüstan millisi martın 29-da Almaniya ilə qarşılaşacaq.

Yoldaşlıq oyunu (yığmalar).

Gürcüstan - Malta - 2:0

Qollar: Kankava, 83 (1:0); Kazaişvili, 90+2 (2:0).

Son xəbərlər

Orphus sistemi