Azərbaycanın futbol üzrə milli komandası Moldova yığması ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycanın futbol üzrə milli komandası Moldova yığması ilə yoldaşlıq görüşü keçirəcək Hazırda danışıqların yekun mərhələsi keçirilir
Futbol
14 Avqust , 2015 15:44
Azərbaycanın futbol üzrə milli komandası Moldova yığması ilə yoldaşlıq görüşü keçirəcək

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycanın futbol üzrə milli komandası Moldova yığması ilə yoldaşlıq görüşü keçirəcək. "Report"un moldfootball.com-a istinadən verdiyi məlumata görə, oyun noyabrın 17-də Bakıda təşkil olunacaq.

Hazırda danışıqların yekun mərhələdə olduğu bildirilir.

Qeyd edək ki, bu, 2015-ci ildə Moldovanın 4-cü yoldaşlıq matçı olacaq. Azərbaycan yığması isə hələlik bir oyunda qüvvəsini sınayıb. İyunun 7-də keçirilmiş qarşılaşmada Serbiya böyük hesabla qalib gəlib - 4:1.

Son xəbərlər

Orphus sistemi