Azərbaycan yığması Bakıdakı Avropa çempionatı öncəsi böyük hesabla uduzub

Azərbaycan yığması Bakıdakı Avropa çempionatı öncəsi böyük hesabla uduzub Rəqib Rusiya yığması olub
Futbol
23 Fevral , 2016 17:49
Azərbaycan yığması Bakıdakı Avropa çempionatı öncəsi böyük hesabla uduzub

Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb. "Report"un məlumatına görə, rəqib Rusiyanın U-17 komandası olub.

Bakı Olimpiya Stadionunda keçirilmiş qarşılaşma Təbriz Həsənovun baş məşqçisi olduğu komandanın böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 5:1.

Bu komandalar arasında daha bir oyun fevralın 25-də elə eyni stadionda təşkil olunacaq. 

Qeyd edək ki, 17 yaşadək futbolçular arasında Avropa çempionatı 5 - 21 mayda Bakının 4 stadionunda keçiriləcək. Azərbaycan millisi təşkilatçı ölkə olduğundan, yarışa birbaşa qatılacaq. Rusiya yığması isə elit-raundu dəf edəcəyi halda, çempionatda iştirak hüququna yiyələnəcək. 

Yoldaşlıq görüşü

16:00. Azərbaycan (U-17) - Rusiya (U-17) - 1:5

Qollar: Fərid Nəbiyev, 51 - Maqomed Süleymanov, 28-penalti ilə. Aleksandr Rudenko, 36. Vyaçeslav Qrulev, 67. İvan İqnatyev, 79. Stanislav Latçeviç, 80+2

Son xəbərlər

Orphus sistemi