Konfrans Liqasında ilk finalçı bu gün müəyyənləşəcək

Konfrans Liqasında ilk finalçı bu gün müəyyənləşəcək Bu raundun digər cavab matçı mayın 9-da olacaq
Futbol
8 May , 2024 10:49
Konfrans Liqasında ilk finalçı bu gün müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. İlk görüşdə Florensiya təmsilçisi qələbə qazanıb - 3:2.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.

Son xəbərlər

Orphus sistemi