​Azərbaycan Premyer Liqasında XXV turun hakim təyinatları açıqlanıb

​Azərbaycan Premyer Liqasında XXV turun hakim təyinatları açıqlanıb Turun mərkəzi görüşündə Fariz Yusifov ədaləti bərpa edəcək
Futbol
7 Mart , 2015 18:05
​Azərbaycan Premyer Liqasında XXV turun hakim təyinatları açıqlanıb

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXV turunda keçiriləcək oyunlar üçün hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, turun mərkəzi görüşü olan "Neftçi" - "İnter" oyununda Fariz Yusifov ədaləti bərpa edəcək.

Tofiq Bəhramov adına Respublika stadonunda baş tutacaq "Qarabağ" - "Xəzər Lənkəran" görüşündə isə Ramil Diniyev fit çalacaq.

8 mart (bazar)

15:00. "Neftçi" (Bakı) – "İnter" (Bakı)

Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Namiq Hüseynov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

16:00. AZAL (Bakı) – "Bakı"

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Vüsal Qənbərov, Orxan Məmmədov

Bakı. AZAL Arena

17:00. "Qarabağ" (Ağdam) – "Xəzər Lənkəran"

Hakimlər: Ramil Diniyev, Elman Musayev, Cavanşir Yusifov, Munis Abdullayev

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18:00. "Qəbələ" – "Sumqayıt"

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev

Qəbələ. Qəbələ şəhər stadionu

Son xəbərlər

Orphus sistemi