Azərbaycan Premyer Liqasında mövsümün bürünc medalçısı müəyyənləşib

Azərbaycan Premyer Liqasında mövsümün bürünc medalçısı müəyyənləşib Mövsümün qızıl medallarına "Qarabağ" sahib çıxıb, "Zirə" isə ikinciliklə kifayətlənib
Futbol
20 May , 2016 18:53
Azərbaycan Premyer Liqasında mövsümün bürünc medalçısı müəyyənləşib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan çempionatının 2015/2016 mövsümünün bürünc medalçısı müəyyənləşib. "Report"un məlumatına görə, "Qəbələ" klubu mövsümü üçüncü pillədə başa vurub.

"Qəbələ" üçüncülüyü əldə etmək üçün səfərdə "Kəpəz"i məğlub edib - 1:0. Bununla da "Qəbələ" 59 xalla üçüncü pillədə qərarlaşıb.

Bürünc medala iddialı digər komanda Bakı "İnter"i də evdə "Zİrə"ni məğlub edib. Lakin "Qəbələ" ilə şəxsi oyunlara görə, "bankirlər" eyni xalla 4-cü pilləyə enib.

Qeyd edək ki, mövsümün qızıl medallarına "Qarabağ" sahib çıxıb. Premyer Liqada debüt edən "Zirə" isə ikinciliklə kifayətlənib.

Son xəbərlər

Orphus sistemi