Bakı. 27 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turunun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, fasilədən sonra reallaşacaq ilk turun oyunları şənbə və bazar günləri baş tutacaq.
Yanvarın 30-na təsadüf edəcək ilk oyun günündəki qarşılaşmalardan biri növbəti günə təxirə salınıb. AZAL klubu əsas heyətin 3 üzvünün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduğunu əsas gətirərək, Peşəkar Futbol Liqasından (PFL) matçın ertələnməsini xahiş edib. Yarışların əsasnaməsini və "Qarabağ”ın razılığını rəhbər tutan PFL görüşü 31 yanvara təyin edib. Digər 4 qarşılaşmadan fərqli olaraq, bu oyun canlı yayımlanmayacaq.
Tura isə Gəncədə "Kəpəz" - "Qəbələ" görüşü ilə start veriləcək:
30 yanvar (şənbə)
14:00. “Kəpəz” (Gəncə) – “Qəbələ”
Gəncə şəhər stadionu (CBC Sport)
16:30. “Neftçi” (Bakı) – “Sumqayıt”
Bakı, “Bakcell Arena” (CBC Sport)
31 yanvar (bazar)
13:30. “Xəzər Lənkəran” – “Rəvan” (Bakı)
“Xəzər Lənkəran” mərkəzi stadionu (CBC Sport)
15:00. AZAL (Bakı) – “Qarabağ” (Ağdam)
Bakı, "AZAL Arena"
17:30. “Zirə” (Bakı) – “İnter” (Bakı)
Zirə İdman Kompleksinin stadionu (CBC Sport)