Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək.
"Report"un məlumatına görə, "Qəbələ" Bakının "İnter" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
"Qəbələ" ilk turda "Kəpəz"i 2:0, "İnter" isə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. "Qırmızı-qaralar"ın ev oyununu keçirdiyi Qəbələ şəhər stadionunun ot örtüyündə bərpa işləri getdiyindən komanda "bankirlər"i "Dalğa Arena"da qəbul edəcək.
Komandalar bu günədək 32 dəfə üz-üzə gəlib. Onların 14-də "İnter", 7-də isə "Qəbələ" qalib gəlib. Qalan 11 oyunda bərabərlik qeydə alınıb. "Qəbələ" son 7 oyundan yalnız birində qol vurmayıb. 3 oyundur uduzmayan əyalət təmsilçisi son 2 qarşılaşmada qol da buraxmayıb.
Turun digər iki oyunu 13-14 avqustda keçiriləcək.
Azərbaycan Premyer Liqası, II tur
20:00. "Qəbələ" – "İnter"
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. "Dalğa Arena"
Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.