Azərbaycan ​Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək

Azərbaycan ​Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək "Qəbələ" və "İnter" komandaları qarşılaşacaq
Futbol
12 Avqust , 2016 12:55
Azərbaycan ​Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək. 

"Report"un məlumatına görə, "Qəbələ" Bakının "İnter" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

"Qəbələ" ilk turda "Kəpəz"i 2:0, "İnter" isə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. "Qırmızı-qaralar"ın ev oyununu keçirdiyi Qəbələ şəhər stadionunun ot örtüyündə bərpa işləri getdiyindən komanda "bankirlər"i "Dalğa Arena"da qəbul edəcək.

Komandalar bu günədək 32 dəfə üz-üzə gəlib. Onların 14-də "İnter", 7-də isə "Qəbələ" qalib gəlib. Qalan 11 oyunda bərabərlik qeydə alınıb. "Qəbələ" son 7 oyundan yalnız birində qol vurmayıb. 3 oyundur uduzmayan əyalət təmsilçisi son 2 qarşılaşmada qol da buraxmayıb.

Turun digər iki oyunu 13-14 avqustda keçiriləcək.

Azərbaycan Premyer Liqası, II tur

20:00. "Qəbələ" – "İnter"

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "Dalğa Arena"

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi