​Azərbaycan millisinin futbolçusu "Eybar" klubunda ilk oyununu keçirib

​Azərbaycan millisinin futbolçusu "Eybar" klubunda ilk oyununu keçirib Eddi İsrafilov matçın 66-cı dəqiqəsində meydana daxil olub
Futbol
14 Sentyabr , 2015 14:03
​Azərbaycan millisinin futbolçusu Eybar klubunda ilk oyununu keçirib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın "Eybar" klubunda ilk oyununa çıxıb. "Report"un məlumatına görə, o, La Liqanın III turunda "Malaqa" ilə keçirilən oyuna əvəzetmədən daxil olub.

Yığma komandanın üzvü matçın 66-cı dəqiqəsində komanda yoldaşı Qonzalo Eskalanteni əvəzləyib və 8 dəqiqə sonra sarı vərəqə ilə cəzalandırılıb.

Malaqada yerləşən "La Rosaleda" stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, 3 oyunda 7 xal toplayan "Eybar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi