Azərbaycan millisi dünya çempionatının seçmə qrup mərhələsində Norveçlə qarşılaşacaq

Azərbaycan millisi dünya çempionatının seçmə qrup mərhələsində Norveçlə qarşılaşacaq Qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq
Futbol
8 Oktyabr , 2016 14:13
Azərbaycan millisi dünya çempionatının seçmə qrup mərhələsində Norveçlə qarşılaşacaq

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsində ikinci oyununa çıxacaq.

"Report"un məlumatına görə, rəqib Norveç yığması olacaq.

C qrupunda baş tutacaq görüş baş məşqçi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda üçün hazırkı mövqeyini qorumaq və yola uğurla davam etmək baxımından yaxşı imkan yaradır. İlk görüşdə səfərdə San Marino yığmasına qalib gələn (1:0) milli komanda ev oyunundan da qələbə ilə ayrılacağı təqdirdə ən azı qrup ikinciliyini qorumuş olacaq.

Bununla komandalar 5-ci dəfə üz-üzə gələcək. Komandalar ilk dəfə 1998-ci ildə Fransada keçirilmiş dünya çempionatının seçmə qrup mərhələsində bir-birinə rəqib olub. 1996-cı il iyunun 2-də Norveçdə baş tutmuş görüşdə meydan sahibləri böyükhesablı qələbə qazanıb - 5:0. 1997-ci il sentyabrın 6-da Bakıdakı cavab oyununda Norveç yığması 1:0 hesbalı qələbə sayəsində aktivinə 3 xal yazmağı bacarıb. Növbəti dəfə də Fransanın ev sahibliyi etdiyi turnirin seçmə mərhələsində komandaların yolları yolları kəsişib. AVRO-2016-ya gedən yolda Norveç iki oyundan 4 xal qazanıb. 2014-cü il noyabrın 16-da Norveçdə baş tutmuş görüşdə yenə meydan sahibləri minimal hesablı qələbə qazanıb - 1:0. 2015-ci il iyunun 15-də baş tutmuş cavab oyununda isə hesab açılmayıb.

Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur

20:00. Azərbaycan - Norveç

Baş hakim: Liran Liani

Yan xətt hakimləri: David Elyas Bitton, Nissan Davidi

Dördüncü hakim: Eytan Şmuelevits (hamısı İsrail)

UEFA nümayəndəsi: Çarles Şaak (Luksemburq)

Bakı. Bakı Olimpiya Stadionu

Qeyd edək ki, milli komanda növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiyaya qarşı keçirəcək.

Komandalar Oyun Q B M T-F Xal
Almaniya 1 1 0 0 3 3
AZƏRBAYCAN 1 1 0 0 1 3
Çexiya 1 0 1 0 0 1
Şimali İrlandiya 1 0 1 0 0 1
San Marino 1 0 0 1 -1 0
Norveç 1 0 0 1 -3 0

Son xəbərlər

Orphus sistemi