Azərbaycan millisi beynəlxalq turnirdə Yaponiya yığmasına qalib gəlib

Azərbaycan millisi beynəlxalq turnirdə Yaponiya yığmasına qalib gəlib Oyunda yeganə qolu Elnur Cəfərov vurub
Futbol
3 Yanvar , 2015 17:19
Azərbaycan millisi beynəlxalq turnirdə Yaponiya yığmasına qalib gəlib

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirə qələbə ilə başlayıb. "Report"un məlumatına görə, baş məşqçi Nikolay Adamın rəhbərlik etdiyi yığma F qrupundakı ilk matçında Yaponiyaya qalib gəlib - 1:0. 

Yeganə qolun müəllifi 7-ci dəqidə Elnur Cəfərov olub. Oyunun ən yaxşı futbolçusu adına isə Azərbaycan millisindən Mahir Mədətov layiq görülüb.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə növbəti görüşünü yanvarın 4-də Rusiya-2 komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi