Azərbaycan Kubokunda ilk oyunların proqramı açıqlanıb

Azərbaycan Kubokunda ilk oyunların proqramı açıqlanıb Qalib komandalar 1/8 finala yüksələcəklər
Futbol
12 Oktyabr , 2015 12:44
Azərbaycan Kubokunda ilk oyunların proqramı açıqlanıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 2015/2016 mövsümünün ilkin təsnifat oyunlarının proqramı açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, hər 3 qarşılaşmada I Divizion komandaları üz-üzə gələcək. 

Oyunlardan 2-si Bakıda, 1-i Qusarda baş tutacaq. Qalib komandalar 1/8 finala vəsiqə qazanacaqlar. 

Azərbaycan Kuboku, ilkin təsnifat mərhələsi

14 oktyabr (çərşənbə)

14:00. MOİK (Bakı) – “Turan Tovuz”

“Bakı” klubunun təlim-məşq bazasının stadionu

14:00. “Şahdağ” (Qusar) – “Şəmkir”

Şövkət Orduxanov adına Qusar şəhər stadionu

20:00. “Şərurspor” – “Qaradağ Lökbatan” 

Bakı, “Bayıl Arena”.

Son xəbərlər

Orphus sistemi