​Azərbaycanın futzal millisi Avropa çempionatı ilə vidalaşıb - VİDEO

​Azərbaycanın futzal millisi Avropa çempionatı ilə vidalaşıb - VİDEO 1/4 final matçı Rusiyanın qələbəsi ilə yekunlaşıb
Futbol
9 Fevral , 2016 23:37
​Azərbaycanın futzal millisi Avropa çempionatı ilə vidalaşıb - VİDEO

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün futzal üzrə Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında Rusiya ilə 1/4 final matçına çıxıb.

"Report"un məlumatına görə, "Belqrad Arena"da baş tutan qarşılaşma Şimal qonşularımızın qələbəsi ilə yekunlaşıb - 6:2.

Millimizin hər iki qolunu Auqusto vurub. Şimal qonşularımızdan isə Eder Lima het-trik, Sergey Abramov "dubl" müəllifi olub. Daha bir qola isə Romulo imza atıb.

Bununla da Azərbaycan yığması Avropa çempionatı ilə vidalaşıb. Rusiya millisi isə yarımfinalda Serbiyaya rəqib olub. Digər yarımfinalçılar isə Qazaxıstan - İtaliya cütünün qalibi ilə Portuqaliyanı 6:2 hesabı ilə yenməyi bacaran İspaniya olacaq.

Avropa çempionatı, 1/4 final

21:30. Rusiya - Azərbaycan - 6:2

Qollar: Sergey Abramov, 7; 26. Romulo, 15. Eder Lima, 25; 39. 40 - Auqusto, 8; 28

Son xəbərlər

Orphus sistemi