PFL rəsmisi: Hələlik mükafatların veriləcəyi yerlə bağlı konkret danışa bilmərik

PFL rəsmisi: Hələlik mükafatların veriləcəyi yerlə bağlı konkret danışa bilmərik Müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq
Futbol
8 May , 2024 17:12
PFL rəsmisi: Hələlik mükafatların veriləcəyi yerlə bağlı konkret danışa bilmərik

Hələlik liqalarda mükafatların veriləcəyi yerlə bağlı konkret danışa bilmərik.

Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov deyib.

PFL rəsmisi I, II Liqada və Əvəzedicilər Liqasında çempionluq uğrunda mübarizənin davam etdiyini xatırladıb: "Sadəcə, Premyer Liqada "Qarabağ"ın çempionluğu bəllidir. Yekun müzakirələr gedir. Bütün məsələlər təsdiqləndikdən sonra ətraflı məlumat verə bilərik".

Abbasov cari mövsüm qurumun bayrağı altında 5 yarışın keçirildiyini söyləyib: "Azərbaycan Kubokunun finalı iyunun 2-də baş tutacaq. Ondan sonra rəsmi mükafatlandırma mərasimi təşkil olunacaq. Müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq. Premyer Liqa, I Liqa və Əvəzediclər Liqasında əvvəlcədən açıqladığımız kimi, yalnız çempiona medallar veriləcək. İkinci və üçüncü yerin sahibləri üçün isə bu, nəzərdə tutulmayıb. Yeni təcrübələri araşdırırıq və üzə çıxarırıq. Bu da məhz Avropada tətbiq olunan yeniliklərin nəticəsi kimi qələmə verilə bilər. II Liqa isə yeni yarışdır. Buna görə futbolçuların motivasiyasını yüksək səviyyədə saxlamaq baxımından hər üç yerin sahibinə medallar veriləcək".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tur mayın 26-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi