Avropa Liqasının oyununa təyinat alan azərbaycanlı hakimlər briqadasının tərkibi müəyyənləşib

Avropa Liqasının oyununa təyinat alan azərbaycanlı hakimlər briqadasının tərkibi müəyyənləşib Yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq
Futbol
26 Sentyabr , 2016 12:13
Avropa Liqasının oyununa təyinat alan azərbaycanlı hakimlər briqadasının tərkibi müəyyənləşib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının E qrupunda keçiriləcək "Roma" (İtaliya) - "Astra" (Rumıniya) oyununa təyinat alıb. Bu barədə "Report"a 29 yaşlı referinin özü məlumat verib. 

Ə.Ağayev İtaliya paytaxtında keçiriləcək görüşdə ona Zeynal Zeynalov və Rza Məmmədovun yan xətt hakimləri, Mübariz Haşımovun dördüncü hakim, Orxan Məmmədov və Rəhim Həsənovun əlavə köməkçi hakim qismində kömək edəcəklərini bildirib. Azərbaycanlı hakimlər briqadası Romaya sentyabrın 28-də yola düşəcək.

Qeyd edək ki, sentyabrın 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:05-də başlanacaq. Hakim-inspektor hollandiyalı Rene Temmink, UEFA nümayəndəsi israilli Rotem Kamer olacaq. 

Son xəbərlər

Orphus sistemi