​Argentina Paraqvayı darmadağın edərək Amerika Kubokunun finalına çıxıb

​Argentina Paraqvayı darmadağın edərək Amerika Kubokunun finalına çıxıb Messi matçın ən yaxşı oyunçusu seçilib
Futbol
1 İyul , 2015 08:15
​Argentina Paraqvayı darmadağın edərək Amerika Kubokunun finalına çıxıb

Bakı. 1 İyul. REPORT.AZ/ Futbol üzrə Argentina millisi 2007-ci ildən sonra ilk dəfə olaraq Çilidə keçirilən Amerika Kubokunun finalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, komanda yarımfinal oyununda Paraqvayı 6:1 hesabı ilə darmadağın edib.

Qaliblərin heyətində Markos Roxo (15-ci dəqiqə), həmçinin Xavyer Pastore (27), Anxel di Mariya (47, 55), Serxio Aquero (80) və Qonsalo İquain (83) fərqlənib. Paraqvayın təsəlli qolunu Lukas Barriosa (43) vurub.

Matçın ən yaxşısı görüşdə üç məhsuldar ötürmə verən argentinalı hücumçu Lionel Messi hesab edilib.

Argentina finalda Perunu 2:1 hesabı ilə məğlub edən Çili yığması ilə qarşılaşacaq. Final və üçüncü yer uğrunda görüş iyulun 4-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi