AFFA rəhbərliyi UEFA-nın Konqresində iştirak edəcək

AFFA rəhbərliyi UEFA-nın Konqresində iştirak edəcək Elxan Məmmədova seçki komissiyasında üzvlük həvalə olunub
Futbol
14 Sentyabr , 2016 10:55
AFFA rəhbərliyi UEFA-nın Konqresində iştirak edəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın Konqresi keçiriləcək. "Report"un məlumatına görə, qurum rəhbərliyi konqresdə iştirak edəcək.

AFFA tədbirdə prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovla təmsil olunacaq.

E.Məmmədov seçkidə mühüm səlahiyyətə malik olacaq. Ona seçki komissiyasında üzvlük həvalə olunub. Komissiyada 4 üzv yer alıb ki, onlardan biri UEFA-nın baş katibi Teodoris Teodoridisdir. Seçki komissiyası üzvlüyü böyük məsuliyyət və etimad tələb edir. Üzvlərin funksiyalarına seçki prosesinin təşkili, səslərin hesablanması, aktlaşdırılması və ümumilikdə prosesə nəzarət daxildir.

Konqres çərçivəsində UEFA-nın yeni prezidenti seçiləcək. UEFA prezidentliyi uğrunda hollandiyalı Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi