AFFA prezidenti: "Bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək"
Futbol
- 12 aprel, 2016
- 16:52
Bakı. 12 aprel. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanması Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.
"Bu bizim üçün böyük qələbədir. İndiyə qədər bizə dünya çempionatında oynamaq nəsib olmamışdı. İnanıram ki, bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək".
Qeyd edək ki, bu gün Azərbaycan millisi futzal üzrə dünya çempionatının "play-off" mərhələsinin cavab görüşündə Hollandiya yığması ilə qarşılaşıb. Matç 4:4 hesabı ilə başa çatsa da, ümumi nəticədə (9:5) qalib olan yığmamız final mərhələsinə vəsiqə qazanıb.
Son xəbərlər
17:53
İkiqat olimpiya çempionu Dünya Kubokuna hazırlıq zamanı ciddi xəsarətlər alıb
Fərdi17:51
Gələn ilin qeyri-iş günləri elan edilib
Sosial müdafiə17:51
Foto
Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib - YENİLƏNİB
Xarici siyasət17:49
Foto
AQTA: Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq
Sağlamlıq17:47
Foto
Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir
Biznes17:41
Foto
Azərbaycan və Böyük Britaniya süni intellekt üzrə birgə fəaliyyəti müzakirə edib
İKT17:40
Meksika Azərbaycana hərbi attaşe təyin edib
Xarici siyasət17:38
Fransa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb
Futbol17:33
Foto