AFFA kütləvi davada iştirak etmiş futbolçuları cəzalandırıb

AFFA kütləvi davada iştirak etmiş futbolçuları cəzalandırıb "Kəpəz"in 3 futbolçusu hərəyə 5 oyunluq diskvalifikasiya olunub
Futbol
10 Noyabr , 2015 15:46
AFFA kütləvi davada iştirak etmiş futbolçuları cəzalandırıb

Bakı. 10 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi 17 yaşadək futbolçular arasında Azərbaycan çempionatının "Kəpəz" - "İnter" matçında baş vermiş kütləvi dava-dalaşla bağlı qərarlarını açıqlayıb. "Report"un məlumatına görə, futbolçular arasında toqquşma 90+3-cü dəqiqədə baş verib.

Səbəb "İnter"in futbolçusu İlyas İlyasovun rəqib oyunçulardan birini təhqir etməsi olub. Bundan sonra tərəflər arasındakı mübahisə böyüyərək əlbəyaxaya çevrilib. Baş hakim İlyasovu və kütləvi dava-dalaşda iştirak etmiş "Kəpəz"in futbolçuları Sabit Quliyev, Fərid Əliyev və Əli Kərimovu meydandan qoyub.

AFFA İntizam Komitəsi isə "İnter"in oyunçusunu 3, "Kəpəz"in futbolçularını isə 5 oyunluq cəzalandırıb. 

Son xəbərlər

Orphus sistemi