AFFA-da klublarla görüş keçirilib

AFFA-da klublarla görüş keçirilib Lisenziyalaşdırma prosesi barədə məlumat verilib
Futbol
17 Aprel , 2015 15:44
AFFA-da klublarla görüş keçirilib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında növbəti mövsüm UEFA-nın yarışlarında və Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə müraciət etmiş klubların nümayəndələri ilə görüş keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə klubların rəhbər şəxsləri və maliyyə üzrə mütəxəssislər iştirak edib.

Baş katib Elxan Məmmədov çıxışında lisenziyalaşdırma prosesi barədə məlumat verib. O cümlədən, maliyyə "Fair Play"i ilə bağlı məsələlər ətraflı müzakirə olunub, klublara müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi