AFFA Azərbaycan - Moldova matçı ilə bağlı tender elan edib

AFFA Azərbaycan - Moldova matçı ilə bağlı tender elan edib Görüşün televiziya vasitəsilə yayımının siqnalına 20 min manat qiymət qoyulub
Futbol
29 Oktyabr , 2015 12:23
AFFA Azərbaycan - Moldova matçı ilə bağlı tender elan edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ AFFA Azərbaycan və Moldova milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün televiziya vasitəsilə yayımının siqnalı ilə bağlı tender elan edib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, tenderin qiyməti 20 min manatdır. 

Müraciət üçün son tarix 10 noyabr, əlaqələndirici şəxs AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğludur. 

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova matçı saat 21:00-da başlanacaq. Çəkiliş AFFA tərəfindən təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi