Bakı. 20 fevral. REPORT.AZ/ İtaliya A Seriyasında "Bolonya" və "Yuventus" komandalarının görüşündən əvvəl insident baş verib. "Report"un məlumatına görə, xarici KİV-lər "Yuventus"un futbolçularını daşıyan avtobusun oyunun keçirildiyi "Renato Dall Ara" stadionunun yaxınlığında hücuma məruz qaldığını yazıb.
Belə ki, azarkeşlər futbolçular avtobusdan düşən zaman partlayıcı maddə atıblar. Məlumata görə, xəsarət alan olmayıb.
"Yuventus" tərəfi bu addımın mədəni hərəkət olmadığını, şiddət və xuliqanlıq halı kimi qiymətləndirib.
Qeyd edək ki, "Bolonya" - "Yuventus" matçı qolsuz bərabərliklə yekunlaşıb.