UEFA-nın baş katibi AFFA-nın konfransında iştirak edəcək

UEFA-nın baş katibi AFFA-nın konfransında iştirak edəcək Teodor Teodoridis son 5 ayda ikinci dəfə Bakıya gələcək
Futbol
7 Mart , 2016 16:41
UEFA-nın baş katibi AFFA-nın konfransında iştirak edəcək

Bakı. 7 mart. REPORT.AZ/ Martın 11-də keçiriləcək AFFA-nın növbəti Hesabat-Seçki Konfransına UEFA-nın baş katibi Teodor Teodoridis də qatılacaq. "Report" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. 

Konfransda milli assosiasiyanın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Bu, T.Teodoridisin son 5 ayda Bakıda qatılacağı ikinci əlamətdar tədbir olacaq. O, 2015-ci il oktyabrın 10-da Bakı Olimpiya Stadionunda ilk dəfə təşkil olunan rəsmi matçda iştirak edib. İtaliya yığması ilə keçirilmiş AVRO-2016-nın seçmə qrup matçında UEFA rəsmisi Rəşad Sadıqovu Azərbaycan milli komandasında 100-cü oyunu münasibətilə təbrik edib.  

Qeyd edək ki, "Hilton" otelində keçiriləcək tədbir saat 11:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi