Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin yeni sədrinin və üzvlərinin adları açıqlanıb.
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, MHK-ya bundan sonra Yusuf Namoğlu rəhbərlik edəcək.
Məlumata görə, qurumun İdarə Heyətində isə Metin Tokat, Erol Ersoy, Alican Lakot, İlhami Kaplan, Serdar Tatlı, Kadir Tozlu, İbrahim Aksoy və Bedri Dölkeleş yer alacaq.
Qeyd edək ki, MHK-nın sabiq sədri Kuddusi Müftüoğlu və komandası Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində istefaya gedib. Ötən gün Türkiyə Futbol Federasiyası isə FETÖ ilə bağlı 104 nəfəri işdən azad edib.