"Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq

"Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq "Sumqayıt" - "Qarabağ" matçı saat 20:00-da start götürəcək
Futbol
24 Aprel , 2024 10:10
Sumqayıt Qarabağla oyuna baş məşqçisiz çıxacaq

"Sumqayıt" komandası "Qarabağ"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII turunun oyununa baş məşqçisiz çıxacaq.

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda İspaniyada təcrübə keçən Samir Abasov sözügedən qarşılaşmada texniki zonada yer almayacaq.

Qeyd edək ki, aprelin 28-də reallaşacaq "Sumqayıt" - "Qarabağ" matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi