Bakı. 19 fevral. REPORT.AZ/ Populyar müğənni, əməkdar artist Röya Ayxan Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının səfiri olub.
"Report"un məlumatına görə, bu gün AFFA-nın inzibati binasında çempionatın səfiri olmasını əks etdirən lövhə Röya Ayxana təqdim edilib.
Qeyd edək ki, yarış 5-21 mayda keçiriləcək.