"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib İspaniyanın "Real" klubunun üzvü Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.
Futbol
30 Mart , 2024 12:32
Realın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.

"Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Vinisiusun mükafat uğrunda rəqibləri “Barselona”nın hücumçusu Robert Levandovski, “Real Sosyedad”ın yarımmüdafiəçisi Bris Mendes, “Vilyarreal”ın hücumçusu Aleksandr Serlot və “Atletik”in futbolçusu Qorka Qoroseta olub.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm bütün turnirlər daxil olmaqla 28 oyunda 18 qol və 8 məhsuldar ötürməyə imza atıb.

Son xəbərlər

Orphus sistemi