​"Qarabağ" Avstriyada son məşqini keçirib

​"Qarabağ" Avstriyada son məşqini keçirib Komanda bu gün sonuncu yoxlama oyununu keçirəcək
Futbol
7 İyul , 2015 09:45
​Qarabağ Avstriyada son məşqini keçirib

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol komandası Avstriyada sonuncu məşqinə çıxıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi ötən gün yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 22:30) Kössen qəsəbə stadionunda 90 dəqiqəlik məşqə çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu gün sonuncu yoxlama oyununu keçirəcək. Kössen qəsəbə stadionunda Bakı vaxtı ilə saat 21:30-da start götürəcək matçda rəqib Rusiyanın "Lokomotiv" (Moskva) klubu olacaq.

Qeyd edək ki, iyunun 18-dən Avstriya toplanışına start verən "Qarabağ" sabah Vətənə dönəcək. İyulun 15-də isə Azərbaycan Premyer Liqasının qalibi Bakıda Monteneqro "Rudar"ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi