"Neftçi"nin idman direktoru: Belə böyük klubda işləmək həyəcanvericidir

"Neftçi"nin idman direktoru: Belə böyük klubda işləmək həyəcanvericidir Belə böyük klubda işləmək həyəcanvericidir.
Futbol
19 Aprel , 2024 12:28
Neftçinin idman direktoru: Belə böyük klubda işləmək həyəcanvericidir

Belə böyük klubda işləmək həyəcanvericidir.

"Report"un məlumatına görə, bunu "Neftçi"nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

İsveçli funksioner artıq 6 aydır "ağ-qaralar"da işlədiyini xatırladıb: "Bu müddət ərzində etdiklərimiz və növbəti planlarımız barədə danışmaq istəyirəm. Buradakı həmkarlarım məni yaxşı qarşılayıblar. İşləmək üçün imkanlarımız var. Bir neçə islahatlar etmişik. İdman departamentinin strukturunu dəyişmişik. Buraya infrastruktur sahəsini də əldə edə bilərik".

O, paytaxt təmsilçisində işə başlayanda təəccübləndiyini bildirib: "Bizim yaxşı təlim-məşq bazamız var. Amma təəssüf ki, bina boş idi, ondan istifadə edə bilmirdik. Konteynerlərdə çalışırdıq. Bu, klub üçün yaxşı deyil. Bazanın təmirinə kifayət qədər resurslar ayırdıq. Birinci mərtəbədə çox yeniliklər etmişik. Klubda yeni skaut fəaliyyətinə yetərincə vaxt ayırmışıq. Yay transfer dönəminə daxil olacağıq. Hazırkı heyətdə yaşlı oyunçular çoxdur. Balans yaratmaq istəyirik. Skaut komandamızı maraqlandıran məsələ xarakterə malik olan oyunçular tapmaqdır".

Son xəbərlər

Orphus sistemi